Türkiyənin paytaxtı Ankarada 95 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsinə dünya ulduzları da biganə qalmayıb.
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, “Victoria’s Secret”in modeli Adriana Lima 5 milyon 500 min nəfər izləyicisinin olduğu İnstaqram səhifəsində qardaş ölkəyə başsağlığı verib:
“Sülh çağırışının belə vəhşi bir sonla nəticələnməsindən sarsıldım. Düşüncələrim, dualarım partlayışda həlak olanlaradır”.
Türk fanatları bu jestinə görə Adriana Limaya təşəkkür ediblər.