12 Oktyabr 2015 10:32
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Öləndən sonra məni torpağa yox, qoz ağacından düzəlmiş tabuta qoysunlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Onlar"a xalq artisti İlhamə Quliyeva bildirib. O qeyd edib ki, qurd-quşdan qorxduğu üçün bu cür vəsiyyət edir:

"Öləndən sonra məni torpağa qoymasınlar. Qoz ağacından gözəl bir tabut düzəltsinlər və içini qəşəng bəzəsinlər. Tabutun qapağı da olsun. Çünki qurt-quşdan qorxuram. Bu sözləri yaxın adamlarıma deyirəm. Deyə bilmərik ki, bizdən xoşbəxti yoxdur. Hamımız bu həyatda qonağıq. Hər səhər yuxudan oyananda Allaha şükür edirəm ki, sağ-salamat və ayaq üstündəyəm. Həyatını dəyişmək göz və qaş arasındadır. Bizim nə qədər sənətkarlarımız dünyasını dəyişdi".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər