“Sevimli şou”da “tolkuçka” mahıları təqdim olunur”
Müğənni Əli Mirəliyevin növbəti tənqid hədəfi Mikayıl Güləddinoğlunun aparıcılıq etdiyi “Sevimli şou” verilişi oldu.
Müğənni Teleqraf.com-a bildirib ki, “Sevimli şou” verlişinin yayımı dayandırılmalıdır. Onun sözlərinə görə, verilişdə səviyyəsiz musiqilər təqdim edilir: “Space” kanalında yayımlanan "Sevimli şou" verilişini bağlamaq lazımdır. Mikayıl verilişə yaxşı səviyyədə başlamışdı və Azərbaycan bəstəkarlarının mahnılarını təqdim edilirdi. Sonra bəstəkar mahnılarını "Sədərək" mahnıları ilə əvəz etdi, verilişdə "tolkuçka " mahnıları təqdim edilməyə başlanıldı. O musiqilər bizə yad olan musiqilərdir. Orada iştirak edənlər pul verib verilişə çıxırlar. Qiymətlərini də bilirik. Heç bir yerdə adı olmayan və özfəaliyyət şəklində ifa edən müğənniləri efirə çıxarırlar. Efirin öz mədəniyyəti var. Beləliklə, o veriliş bağlanmalı və Mikayılı da işdən çıxarmaq lazımdır”.
Qeyd edək ki, “Sevimli şou” verilişi “Space” kanalında həftədə bir dəfə yayımlanır.
Rəqsanə Həsənova