"Taxt oyunları" ("Game of Thrones") filmindəki "Deyneriys Tarqariyan" rolu ilə məşhurlaşan aktrisa Emiliya Klark ən seksual qadın seçilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cazibədar britaniyalı "Esquire" dərgisi tərəfindən 2015-ci ilin ən seksual qadını adına layiq görülüb.
28 yaşlı aktrisa "Terminator" filmində də Sara Konor obrazını canlandırıb.
Aktrisa "Esquire" dərgisi üçün kamera qarşısınada keçib.
Qeyd edək ki, Emiliya Klark ötən ay "GQ" jurnalı tərəfindən "İlin Qadını" adına layiq görülüb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm