14 Oktyabr 2015 16:39
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur müğənni Selena Qomez yeni fotosessiyaya çəkilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə "Refinery29" dərgisinin kamerası qarşısına keçib. Cazibədar Selena “Louis Vuttion”, “Cushine et Ochs” və “Anthony Vaccarello” berndlərinin yeni kolleksiyaları ilə fotoqraf Oliviya Melonun obyektivinə pozalar verib. İfaçı keçmiş sevgilisi Castin Biberdən də danışıb:

"Əlbəttdə, mənim ürəyim qırılıb. Və təbii ki, mənə asan olmadı. Amma ona qarşı qəzəb hiss etmirəm. Biz ayrıldıqdan sonra belə dəfələrlə görüşmüşük. Başa düşdüm ki, insanlar ayrılığı həddindən çox dramatikləşdirirlər. Biz bir yerdə böyüdük, birlikdə səhv etdik."

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər