15 Oktyabr 2015 18:22
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natəvan Həbibi xalq artisti Aygün Kazımovanın ona ünvanladığı “Rədd ol vətənimdən” ifadəsinə və başqa fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Natəvan Həbibi bu barədə “İnstagram”da yazıb: “Sənə savadsız demişdim, əslində, savadsız sözü də sənə çoxdur. Ay “ağıl dəryası”, əgər məhkəmə araşdırmasından sonra dediklərini təkzib etdinsə, indi nə demək istəyirsən? Respublikanın qanunları, məhkəmənin qərarı sənə çatmır? Çatar. Mən bütün yazılarımda hakimin qərarlarına və respublikanın qanunlarına güvənərək, sənəd-sübutla müsahibə vermişəm. Əgər bu sənə çatmırsa, səni müdafiə edən hüquqşünas səni başa salsın. Sənə dedim ki, məhkəmənin çıxardığı qərarın 30 il qüvvəsi var. Yenə yazırsan ki, məmləkətim. Məmləkətini, dövlətini sevən adam dövlətin qanunlarına və hakimin qərarına hörmətlə yanaşmalıdır. Amma görünür sən dövlətin sənə verdiyi addan istifadə edib, qanunlara tabe olmaq istəmirsən, amma olacaqsan, mütləq tabe olacaqsan.

Qaldı ki, sənin ölkədən çıxışınla bağlı müvəqqəti məhdudiyyətə, bu hakimin qərarıdır, mən başa düşürəm ki, sənə bu çatmaya bilər, savadsız olanda anlamaq çətin olur. Yenə də nəsə başa düşməsən, mənə müraciət edə bilərsən”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər