Müğənni Miri Yusif sevdiyi ikinci sənətin adını açıqlayıb.
O, Teleqraf.com-a açıqlamasında müğənni olmasaydı, memarlığı seçəcəyini deyib: “Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakütləsini bitirmişəm. Müğənni olmasaydım, memar olardım. Çünki bu sahəyə çox böyük həvəsim var. Boş vaxtlarımda hansısa layihərin çertyojunu çəkirəm.
Uşaqlarımın gələcəkdə memar və ya müğənni olmasını istəyərəm. Bəzi müğənnilər deyirlər ki, uşaqlarımızın bu sənətə gəlməyini istəmirik, çünki çox əziyyət çəkmişik. Amma mən elə düşünmürəm”
Rəqsanə