16 Oktyabr 2015 15:27
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Zülfiyyə Xanbabayevanın ad günüdür.

Mətbuata açıqlama verməyən xalq artisti eksklüziv olaraq ad günü təəssüratlarını Teleqraf.com-la bölüşdü. O, ad gününü ailəsi ilə birlikdə qeyd edəcəyini dedi: “Hər zaman olduğu kimi ad günümü ailəmlə, dostlarımla keçirəcəm. Mənim yaxşı dostlarım, rəfiqələrim var. Hər zaman ailəmin əhatəsində oluram”.

Zülfiyyə Xanbabayeva 1967-ci ildə oktyabrın 16-da Bakıda anadan olub. Bu gün onun 48 yaşı tamam olur.

Rəqsanə


Müəllif: