Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş 7 illik fasilədən sonra albom çıxarıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının yeni albomu “Aklında bulunsun” adlanır. Albom sözləri və musiqisi Doğuşun özünə aid olan 9 mahnıdan ibarətdir. Müğənninin “Beyazı kırmızıya vurun” mahnısı artıq radiolarda dinlənilmə rekordu qırıb.
Erdem Kınay, Suat Aydoğan və Cenk Eroğlu kimi arnajimançılarla çalışan Doğuş italyansayağı imici ilə də diqqət çəkib.