18 Oktyabr 2015 19:23
3 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin məşhur porno ulduzu Angelabeybi aktyor-müğənni Xuanq Xiaominqlə ailə qurub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Şanxay şəhərində baş tutan toy mərasimi üçün cütlük 20 milyon avro (təxminən 23 milyon manat) xərc çəkib.

Məclisdə 2000-dək qonaq iştirak edib. Angelabeybinin “Christian Dior” markalı gəlinliyi 5 aya hazırlanıb. Dəbdəbəli toyun digər diqqətçəkən məqamı isə 10 mərtəbəli tort olub.

Gəlinin rəfiqələri gecə üçün açıq-bənövşəyi rəng libasa üstünlük veriblər.


Müəllif: