19 Oktyabr 2015 19:54
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.

Sənətçi küsülü olduğu xalq artisti Aygün Kazımova haqda çox sərt danışıb:

"Aygün Kazımova deyir ki, "Natavan bunu yuxusunda görər". Amma mən bunu realda görürəm. Sən yuxunda görürsən ki, Natavana qalib gəldin, məni sındırdın. Aygün Kazımova təkzib verib, elə bilir hər şey bununla bitdi. Xeyir, o, üzr də istəməlidir".

N.Həbibi A.Kazımova ilə aralarında olan qalmaqalın səbəbini də açıqlayıb:

"Bir yarışmada Aygün Kazımovanı udmuşam, o da bunu illərdir həzm edə bilmir. Bu insan hər şeyi etdi ki, mən şou-biznesdə olmayım. Onun üçün bu ağır xatirə idi. Məni yox etmək istədi. Ətrafına özü kimiləri yığdı və mənə qara piar kompaniyası apardı. O kompaniyada da özləri boğuldular, özləri bir-birilərini yedilər".

Sənətçi xalq artistindən təzminat istəməsinə də aydınlıq gətirib:

"Hər kəs ölkənin qanunlarına tabe olmalıdır. Qərar 30 il ərzində icra olunmasa, o, üzr istəməsə, həbs olunacaq. Təzminat istəmədim. Deyirlər ki, sən təzminat götürüb kimsəsiz uşaqlara yardım edərdin. Mən onların haram pulunu uşaqlara yedizdirmərəm. Mən təmiz Azərbaycanlıyam. Sən bizim düşmənimiz olan ermənilərin milliyətini mənə yapışdırmaq istədin. Bu, çox ağır ittihamdır. Şou-biznesdə bu ttihama inanıb, mənə düşmən kəsilənlər oldu".

N.Həbibi sonda A.Kazımovaya sərt ismarış göndərib:

"Heç kim sənə kömək edə bilməz. Kimsə də mənə bata bilməz. Sənin o tanışların, ətrafın mənə heç nə edə bilməz. Başınızdan yekə danışmayın. Camaatı özünüzə güldürməyin. Onsuz da yetərincə güldürdünüz. Mən güclüyəm, pulluyam demirəm, mən haqlıyam. Hakimlərə, vəkillərə müraciət etdim, dedim ki, "Məni və bütün nəslimi araşdırın". Araşdırdılar və nəticə oratadadır. Qanun qarşısında üzr istəsə də, mən insan olaraq bunu heç vaxt unutmaram. Əslində o, mənim üçün heç kimdir".

/Axşam.az/


Müəllif:

Oxşar xəbərlər