Əməkdar artist Dilarə Əliyeva 8 kq arıqladığını deyib.
O, Teleqraf.com-a açıqlamasında formada qalmaq üçün özünə vaxt ayırdığını qeyd edib: “Həftədə bir-iki dəfə dəniz kənarında gəzirəm. Eləcə də, fitnesə gedirəm. İşim nə qədər çox olsa da, özümə, idmana, sağlam qidalanmağıma vaxt ayırıram. Hazırda çəkim 66 kilodur və 8 kilo arıqlamışam. Gün ərzində mütləq 3 litr su içirəm. Qızartma yeməkləri həftədə bir dəfə yeyirəm. Qida rasionumda şirniyyat yox dərəcəsindədir. Sağlam qidalanmağım dərimin təravətli qalmasına, formama fayda göstərir”.
Rəqsanə