Bu gün türkiyəli müğənni Doğuşla aparıcı Xoşqədəm Hidayətqızının toyunun bir ili tamam oldu.
Teleqraf.com xəbər verir ki, müğənni ildönümü barədə sosial şəbəkədə təəssüratını paylaşıb:
“Mənim günəşim! Telefondan şəklinə baxanda belə istiliyini, huzurunu hiss edirəm. Yaxşı ki həyatımdasan, yaxşı ki həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümü ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”.