22 Oktyabr 2015 17:30
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Şəhriyar Əbilov əməliyyat keçirib.

Səhhəti haqqında Teleqraf.com-a danışan aparıcı hazırda xəstəxanada olduğunu və bu gün əməliyyat edildiyini deyib: “Mərkəzi Neftçilər Xəstəxanasındayam və özümü yaxşı hiss edirəm. Bağırsağımın yuxarı hissəsində çat var idi. Orqanizmimin qayğısına qalmadığıma görə bu problemlər yarandı. Müsəlmanın sonrakı ağlı... Xəstələndikdən sonra canımızın qeydinə qalmağa çalışırıq. Bu əməliyyat ən ağrılı əməliyyatlardan biridir. Əsəblərə çox təsir edir. Həkimlər ağrıkəsicilərlə saxlayırlar. Bir həftə dözmək lazımdır. Və əsas odur ki, sonra canım sağalacaq. Əslində, əməliyyat olunmağımı gizlədirdim. İslam Mehrəliyev şəkili “İnsatgram”da paylaşdığına görə hər kəsin xəbəri oldu”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər