Aktrisa Ülviyyə Əliyeva aktyorluq sənətinə gələrkən böyük çətinliklər yaşadığını deyib.
Onun Teleqraf.com-a açıqlamasına görə, anası Ülviyyənin aktrisa olmasını istəmirmiş: “Aktyorluq sənətinə gəlməmişdən əvvəl Azərbaycan Dillər Universetinə daxil olmaq istəyirdim. Çünki ailəm, xüsusi ilə anam aktrisa olmağıma qarşı çıxırdı və narazı idilər. Amma incəsənətə sevgim və marağım məni başqa sahəyə getməyə qoymadı. Buna görə çox çətinliklər yaşadım. Aktyorluq sənətinə gəldiyim üçün peşman deyiləm. Karyeramda bir çox uğur qazanmışam və inşallah qazanmağa da davam edəcəm”.
Rəqsanə