Xalq artisti Gülyaz Məmmədova hobbisi haqqında danışıb.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə, hobbisi ev işləri görməkdir: “Qəribə səslənsə də, hommim ev işləri görməkdir. Ev işlərimi özüm görürəm. Əvvəl köməkçim olub, hazırda yoxdur. Arada bacılarım da kömək edirlər. Amma sənətimlə məşğul olduğum üçün ev işlərinə vaxtım çatmır. Onun üçün köməkdən istifadə edirəm. Bununla yanaşı çox yemək yeməsəm də, yemək bişirməyi sevirəm. Daha çox “üç bacı” dolması bişirirəm. Evdə olan kimi mətbəxə qaçıram. Məndə bir adət var, evdə olan zaman sabah üçün də yemək hazırlayıram. Amma hazır yeməyim olmayanda Gülyanaqgilə gedirəm. Qonşuluğumda yaşayırlar”.
Rəqsanə