Xalq artisti Ağadadaş Ağayev toy qiymətini qaldıran həmkarlarını qınayıb. Teleqrfa.com xəbər verir ki, xalq artisti bu haqda “Star live” verilişində məlumat verib: “Vaxt var idi ki, ayın 30 gününü toya gedirdim.
Hətta müxtəlif rayonlara. Toy qiymətini qaldıran müğənnilərə normal baxmıram. Onlar anormal və məntiqsizdirlər. Sənin toya hansı qiymətə getməyin kimə lazımdır? Qiyməti yüksəltməklə kim olacaqsan?Tamaşaçı səndən ağıllıdır”.
Rəqsanə