25 Oktyabr 2015 11:02
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 illik nikahlarına son qoyan müğənni Qven Stefani ilə musiqiçi həyat yoldaşı Qevin Rossdeyl arasında münasibət daha da gərginləşib.


3 uşağı olan cütlük nikah müqaviləsi olmadığı üçün əvvəlcə bütün əmlaklarını ortaq bölmək qərarına gəlsə də, Qevin fikrini dəyişib. Belə ki, o, müğənnidən Kaliforniyadakı mülklərini və 50 milyon dollar təzminat tələb edib. Bu isə Qven Stefani ilə yanaşı, onun yaxınlarını da təəccübləndirib. Cütlüyün uşaqlar üzərində himayəsi isə ortaq olacaq.

Qeyd edək ki, Qven Stefani 80 milyon dollar, Qevin Rossdeyl isə 35 milyon dollar dəyərində mülkə sahibdir./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər