Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahovanın həyatı ekranlaşır.
Bu barədə Publika.az-a sənətkar özü məlumat verib:
“Bir neçə ay bundan öncə 70 illik yubileyimi təntənəli surətdə qeyd etdilər. Mənə olan diqqət bununla yekunlaşmır. Bu günlərdə haqqımda sənədli filmin çəkilişlərinə başlanılıb. Həyat və yaradıcılığımdan bəhs edən filmin tamaşaçılarım tərəfindən maraqla qarşılanacağına inanıram”.
Xalq artisti filmlərə çəkilmək arzusundan da danışıb: “Çox istərdim ki, filmlərə çəkilim. Çünki kinoya çəkilmək arzum həmişə olub. Dəvət gözləyirəm”.