Rəqqasə Fatimə Fətəliyeva ailəsindən, yaşadığı çətinliklərdən və anası ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, rəqqasə “Evdəkilərə salam” verilişində atasını tez itirdiyi üçün həyatda çətinliklər yaşadığını deyib: "Qardaşım Tibb Universitetini bitirib və başqa ölkədə yaşayır. Ona görə anam mənimlə yaşayır. O, mənim üçün hər şeydir. Hərdən bizə hirslənir. Deyir ki, uşağa baxmaqdan bezmişəm, ayrı ev alacam. Amma bir gündən sonra əvvəlki ana olur. Bir də görürsən ki, mən də anama sərt cavab verirəm, sözünə qulaq asmıram. 37 yaşım var, yenə də anamın yanında balaca Fatiməyəm. Atamı 19 yaşımda itirmişəm. Atasız çox əziyyət çəkdim. Ziyalı ailəsində dünyaya gəlmişəm və 19 yaşıma qədər heç bir çətinliyim olmayıb. 16 yaşında ərə gedəndə də əziyyətimi ata-ana çəkmişdi. Atamı itirdikdən və evsiz qaldıqdan sonra çox çətinliklər yaşadım. Pis günün qədrini bilmək, hər zaman yada salmaq lazımdır. Beş ilə yaxın kirayədə yaşamışıq".
Rəqsanə