26 Oktyabr 2015 11:16
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev imicini bəyənməyən həmkarlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, müğənni “Onlar”da qaşlarını aldığı üçün onu qınayanlara münasibət bildirib: “Özündə, qüsur görməyən, başqasının qaşında nəsə axtarır. Hər hürənə fikir versən, yolu keçə bilməzsən. Qoy desinlər. Əsas məsələlərdə heç kim mənə irad tuta bilməz: vətənə, valideynə sevgi, böyüyə, tamaşaçıya, sənətə münasibətdə. Mən nə “falş” oxumuşam, nə Azərbaycan incəsənətinə ziyan gətirəcək mövzunu mahnıma və ya klipimə gətirmişəm. O danışanlar yox, mən və mahnılarım qalacaq. Onlar mənə maraqsızdır”.

F.Ağayev səsində problem yarandığına görə yeni mahnı təqdim etmədiyini də bildirib: “Bir az səsim imkan vermir, hiss edirsiniz ki, burnumda danışıram. Bir az müalicə alım. Problem allergiya ilə bağlıdır. Noyabrda işimə başlayacam”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər