26 Oktyabr 2015 13:16
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Yəhyayeva yeni biznesə başlamaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu haqda “10LAR” verilişinə danışan S.Yəhyayeva müğənnilik fəaliyyəti ilə yanaşı, biznes qurmağı da planlaşdırıb: “Fikir verirəm ki, hər kəsin öz işindən əlavə digər işi də var. Məndə bu haqda fikirləşirəm. Yeni mahnılar, kliplər və müğənnilik fəaliyyətim öz yerində qalacaq. Ancaq bununla paralel başqa bir işimin də olmasını istəyirəm”.

Müğənni naxələf dostlarından şikayətlənib: “Bəzən gözləmədiyin insandan elə bir zərbə alırsan ki, şok olursan. Deyirlər insanı tanımaq çox çətindir, bunun üçün zaman gərəkdir. Niyyəti pis olan insanlar, zamanla səndən uzaqlaşır. Dostluqların ömrü çox az olur, onların rolları bitdikcə özləri həyatımdan çıxır. Biri mənə pislik etsə ona pislik etmək üçün plan qurmaram. Acılaya, xətrinə dəyə bilərəm, amma heç bir pislik etmərəm. Ürəyim qırıldıqdan sonra həmin insanla əvvəlki münasibətdə ola bilmərəm. Arxamca nə istəyirlər danışsınlar, əsas odur ki, məni görəndə üzümə heç nə deyə bilmirlər”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər