Parlament seçkilərində namizədliyini irəli sürən Elza Seyidcahana həmkarı Rəqsanə İsmayılovadan dəstək gəlib.
Rəqsanə İsmayılova sosial şəbəkədə Elza Seyidcahanın fotosunu paylaşaraq ona belə dəstək olub:
“Bu gün hamımız bir olaq, bir-birimizə dəstək olaq. Elza xanım da bizim millətin, dövlətin övladıdır, sənət aləminin bir müğənnisidir. Mən çox sevinirəm. Elza xanım sənə uğurlar arzu edirəm. Biz səninləyik. Əgər millətimizə az da olsa nəsə köməyin dəyirsə, bunun nəyi pisdir? Uğurlar sənə gözəl ana, dəyərli bəstələrin sahibi. Sən bizim sevimlimizsən”.
Əfruzə