26 Oktyabr 2015 15:55
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayının 5-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, biennaledə 7 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edəcək.

“Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi – dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Biennalenin rəsmi açılış mərasimini 5 noyabr tarixində saat 18:30-da keçiriləcək. Tədbirə giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər