27 Oktyabr 2015 11:29
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Nanə Ağamalıyeva imicini dəyişməsinin pərəstişkarların tərəfindən necə qarşılanmasından danışıb.

Aparıcı Teleqraf.com-a bildirib ki, bəzi pərəstişkarları bu imicə öyrəşə bilmirlər: “Efirə görə imicimdə dəyişiklik etdim, saçlarımı qısa kəsdirdim və rəngini dəyişdim. Çünki eyni stil insanı yorur. Bir çoxları bu imicimi çox bəyəndi. Amma məni hər zaman uzun saçlarla qəbul edən tamaşaçılar hələ də bu görünüşümə alışa bilmirlər. Əslində, mən də uzun saçları çox sevirəm. Saçım da tezliklə uzanar”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər