27 Oktyabr 2015 14:25
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oda Teatrının rəbəri Elmin Bədəlov xalq artisti Ramiz Məlikin məhkəməyə verməməklərinin səbəbini açıqlayıb.

E.Bədəlovun Teleqraf.com-a açıqlamasına görə, xalq artistinin ittihamları qərəzlidir: “Elə biləcəklər qorxub məhkəməyə verməmişik. Əslində, onunla uğraşmaya vaxtımız yoxdur. Ramiz Məlik kimdir ki, bizim fəaliyyətimizə son qoyulmasını tələb edir?! Onun bu ölkədə hansı səlahiyyətləri var?! Ağsaqqal adamdı, niyə gedib işi ilə məşğul olmur?

Ramiz Məlik işi ilə məşğul olsaydı "Azdrama" bu vəziyyətdə olmazdı. Özünə baxıb bir gün ağlasın. Başa düşürəm ki, Ramiz Məlik yaşlaşıb, bəlkə də, yaşlılıq sindiromu keçirir. İnsanlar qocalanda həyəcanlanır, qorxuya düşür ki, onlar getdi yerlərinə gənclər gəlir. Vaxtımızın olmadığına görə, ona baş qoşmuruq, məhkəmə işindən imtina edirik, amma əl çəkmir, yenə də təhqirlərindən qalmır. Bu da açıq şəkildə onun bizə qarşı qərəzli olmasını göstərir.

Fəaliyyət məsələsinə gəldikdə isə keçən dəfə də mediya vasitəsilə Ramiz Məlikdən xahiş etdim ki, internetdə “Google” deyilən bir axtarış sistemi var. Ora "müstəqil teatr" yazıb axtarışa versin və görsün ki, dünyanın əksər ölkələrində barmaqla sayılacaq qədər dövlət teatrı, yüzlərlə müstəqil teatr var. Üstəlik, qanunu açıb oxusun və görsün ki, müstəqil teatrın lisenziyası olmamalıdır, müstəqil teatr dövlət nəzarətindən kənar fəaliyyət göstərməlidir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər