27 Oktyabr 2015 14:59
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il oktyabrın 5-də Milli Teleradio Şurasının qərarı ilə (MTRŞ) ANS telekanalında efirə gedən “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişləri 1 ay müddətinə efirdən kənarlaşdırılıb. Bağlanan hər iki verilişə tətbiq olunan sanksiyadan 20 gündən çox vaxt keçib.

Maraqlıdır, veriliş yenidən efirə qayıdacaqmı?

“ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında verilişlərin mütləq efirə qayıdacağını bildirib:


“Əlbəttə, qayıdacaq! Xoşqədəm xanım çox güclü jurnalistdir. Verilişin efirə getmədiyi müddətdə bir torba məktub gəlib. Hamısı öz problemlərinin işıqlandırılmasını və verilişin dayanmasından narahatlığını ifadə edir. Xoşqədəm Hidayətqızı ANS-in işçisidir və o, işini hazırda ANS-də davam etdirir”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS TV-də həftə içi 5 gün “Sən tək deyilsən”, həftədə bir gün isə “Xoşqədəmlə axtarıram səni” adlı layihələrin aparıcısıdır.


Müəllif: