28 Oktyabr 2015 15:33
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nura Suri övladlarının təhsilindən danışıb.

Üç oğul anası olan müğənninin Teleqraf.com-a açıqlamsına görə, övladlarının yaxşı təhsili üçün hətta üzüyünü də satıb: “Uşağı dünyaya gətirmisənsə, onun təməlini düzgün qoymalısan. O da təhsildən başlayır. Sənətim mənim üçün ikinci yerdə dayanıb. Ona görə də istədiyim işi görə bilmirəm. Çünki əlimdə olan bütün pulu övladlarımın təhsilinə qoyuram. Elə vaxt olub imkanım olmayıb, üzüyümü satıb, uşağımın təhsilhaqqını ödəmişəm. Oğlanlarımın üçü də pullu məktəbdə oxuyur.Böyük oğlum Londonda təhsil alır. İngiltərənin altı universitetinə sənəd göndərmiş, hamısına da qəbul edilmişdi.

Mənim üçün həyatda ən vacib amil uşaqların böyüyəndə öz ayaqları üzərində dayanmaqlarıdır. Bunun üçün də valideyn övladlarını düzgün təhsil alması üçün istiqamətləndirməlidir. Həyat yoldaşımın imkanı yaxşı olduğuna görə uşaqlarım xarici məktəblərdə oxuyurdular. Ayrıldıqdan sonra bu missiya mənim üstümdə düşdü. “Həyat yoldaşım yanımda yoxdur, zəifəm deyə uşağım təhsilini davam etdirməsin, başqa məktəbə qoyum” deyə düşünmədim. Uşaqlarımın düzgün tərbiyə alması üçün güclü qadın oldum. Öz ayaqlarımın üstündə dayandım. İnsanın həyatda yaşaması üçün stimul olmalıdır. Allah da mənə üç stimul, altı qanad verib. Ona görə güclü oldum”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər