Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 günə 6 tamaşa nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, 30, 31 oktyabr və 1 noyabr tarixlərində tamaşaçılara “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Mən dəyərəm min cavana” (E. Sabitoğlu, T. Vəliyeva) tamaşaları təqdim olunacaq.
Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, əməkdar artistlər Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Şaban Cəfərov, Marina Litvinenko, Rauf Babayev, Emil Heydərov, Gülçöhrə Abdullayeva və başqalarının ifalarını izləyə biləcəklər.
Musiqili Teatr bu həftə də həm balaca, həm də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 30 oktyabrda R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri rus dilində, 31 oktyabrda və 1 noyabrda O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” tamaşası isə uşaqlar üçün nümayiş olunacaq.
Bir biletin qiyməti yerindən asılı olaraq 6, 7, 8, 10 manatdır.
Nərmin