Rusiyalı model İrina Şeyk vətənindədir.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, model “L'Oreal Paris” brendinin siması kimi Moskvada keçirilən tədbirə qatılıb. Marka ilə əməkdaşlığından danışan İrina brendin “Qızıl gecə” adlı tədbirində əsas qonaqlardan olub.
“L'Oreal Paris”in prezidenti Siril Şapyui İ.Şeykin gözəlliyindən bəhs edib:
“O, qlamur, gözəlliyin hər mərtəbəsini özündə cəmləşdirən qadındır. İrinanın gözəlliyi bütün moda dizaynerlərini cəzb edir. Mən və komandamız onu ailəmizdə görməyə çox şadıq”.