Model Günay Musayeva “iCloud” qurbanı olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model telefonunun hakerlər tərəfindən dağıdıldığını bildirib.
Etilərdə obyektivlərə tuş gələn Günay uzun müddət əlindəki telefonu ilə məşğul olub. Məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran G.Musayeva telefonunda özəl bir video və ya fotosunun olmadığını bildirib:
“Telefonumdakı hər şey silinib. Lazımi yerlərə baş vurub məlumatlarımı geri qaytarmağın yolunu axataracağam. Özəl bir şey yox idi. Sadəcə, oğlum Cihangirin uşaqlıq şəkilləri var idi. Heç birini kompüterimə yükləmədiyim üçün silinmələrinə çox pis oldum”.