Rusiyanın tanınmış aparıcısı İradə Zeynalova həyat yoldaşından boşanır.
Teleqraf.com-un anspress-ə istinadən məlumatına görə, əslən azərbaycanlı olan İradə Zeynalova yoldaşı jurnalistAleksey Samoletovdan ayrılmaq üzrədir. Rusiyanın birinci kanalında “Voskresnoe Vremya” verilişini aparan İ. Zeynalova əri A. Samoletovdan ayrılmağa qərar verib. Boşanmağın səbəbi bilinmir.
Onların Teymur və Oleq adlı 2 oğlu var. Əvvəllər xüsusi müxbir və aparıcı olan İradə Zeynalova işdə dəmir ledi evdə isə çox mülayım evdar qadın olduğunu etiraf edib. İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır.
O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın yaxın şərq bürosuna rəhbərlik edir.