30 Oktyabr 2015 11:26
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran aktrisası Sədəf Taherian sosial şəbəkələrdə hicabsız fotolarını paylaşdığı üçün ölkəsindən qovulub.


Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, aktrisa İslam ölkəsinin qadınlar üçün ictimai yerdə qoyduğu qaydaları pozduğu üçün ölkəsindən didərgin salınıb. Dərhal İranın mədəniyyət naziri tərəfindən məsələyə müdaxilə olunub və fotoşop yoluyla Sədəfin sosial şəbəkədəki şəkillərinə “hicab taxılıb”.


“Əxlaqsız” adlandırılan və ölkəsində filmlərdə çəkilməsinə qadağa qoyulan aktrisanın ABŞ-da fars dilində yayımlanan şoulardan birinə açıqlamasında baş verənlərə münasibəti belə olub:

“Mən İran xalqından bu cür reaksiya gözləmirdim. Mənim artıq deməyə sözüm yoxdur. Mən xoşbəxt ola biləcəyim yerdə yaşamaq istəyirəm”.

İranda fəaliyyəti boyunca rejissorlar tərəfindən “seksual zorakılıqla” da üzləşdiyini bildirən Taherian bundan sonra karyerasına Dubayda davam edəcəyini bildirib.








Müəllif:

Oxşar xəbərlər