1 Noyabr 2015 01:54
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev müğənni Natavan Həbibi ilə küsülülüyə son qoyub.

Teleqraf.com xəbər verir k, barışıq haqqında Tolik məlumat verib: "Qərib ölkədə anlaşılmazlıq yaşadığımız Natan Həbibi ilə görüşdük, danışdıq və bu söz-söhbətə son qoymaq qərarına gəldik. Etiraf etmək istəyirəm ki, aylardır onun ailəsinə narahatçılıq yaratmışam. Bizim barışığımızı kimlərsə nəyəsə yozmasın. Məhkəmə qərarına görə Natavanla barışmayacaqdıq. Ortada üzr istəmək məsələsi vardı. Barışığımız səmimi oldu deyə bu açıqlama ilə nəyisə sübut etmirəm. Mənim əsəbdən ürəyim ağrımağa başlayıb. Həm özümə, həm də Natavanın anasına iki il əsəb, stress yaşatdığım üçün həlli sülhdə tapdıq. Xüsusi vurğulamaq istəyirəm ki, barışıq nə Aygün xanıma görədir, nə də başqa bir adama görə. Bundan sonra kiminsə davasında adımın hallanmasına şərait yaratmayacam. Söz-söhbət nəyə lazımdır? İnanıram ki, məni və Natavanı çox istəyənlər bu barışığı normal qəbul edəcəklər. Biz süni barışmadıq!"

N.Həbibi Toliki şərəf və ləyaqətini alçatdığı üçün məhkəyə vermişdi.

Rəqsanə


Müəllif: