2 Noyabr 2015 17:33
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva İsraildə konsert proqramı ilə çıxış edib.

Bu barədə Teleqraf.com-a danışan müğənni konsertdə həm azərbaycanlılar, həm yəhudilərin iştirak etdiyini qeyd etdi: “Konsertin bu qədər maraqlı keçəcəyini gözləmirdim. Konsertə dağ yəhudiləri, azərbaycanlılar, həm də İsraildə yaşayan azərbaycanlılar gəlmişdi. Hətta millət vəkilləri də ailələri ilə iştirak edirdi. Konsertlə bağlı təəssüratlarım gözəldir. Əsas odur ki, ailəm doğmalarım yanımda idi. Qızım, anam və xalamla Bakıya qayıtdıq. Səfər zamanı həm istirahət etdik, həm də maraqlı proqramlar oldu. İsrailin yerli telekanallarına və saytlara müsahibə verdim və hamısı yayımlandı".

Rəqsanə


Müəllif: