3 İyun 2014 16:28
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "Worlds Awards” mükafatı alıb.

Publika.az-a açıqlama verən müğənni təəssüratlarını paylaşıb:Bu, mənim qazandığım birinci beynəlxalq mükafat deyil. Bundan əvvəl də bir neçə beynəlxalq mükafata layiq görülmüşəm. İki il bundan əvvəl “Big Apple Worlds Awards” mükafatını da qazanmışam.

Onların dəfələrlə zəng edib təkid etməsinə baxmayaraq, Amerikada sunami baş verdiyinə görə, səfərimi təxirə salmalı olmuşdum. Nəhayət ki, bu il “Fəaliyyəti boyu dünya musiqisinə töhfələrinə görə” mənə təqdim olunan mükafatı gedib ala bildim. Nyu-Yorkda “Millenium” konsert salonunda gerçəkləşən “Big Apple Worlds Awards” mükafatlandırılma mərasimində bir çox dünya şöhrətli ulduz da iştirak edirdi. Onu da qeyd edim ki, uzun illərdir ki, bu mükafata dünyanın tanınmış ulduzları layiq görülüb.

Mükafatlandırılma mərasimində mənə 30 min dollar məbləğində pul mükafatı və “Mercedes” markalı avtomobil də hədiyyə olundu”.


Müəllif: