4 Noyabr 2015 13:45
2 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niki Minaj növbəti dəfə tənqidə məruz qalıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hellouin günündə dostları ilə əyləncəyə qatılan ifaçı pəri obrazında olub. Tədbirdən yayılan videoda onun etdiyi hərəkətlər sosial mediada birmənalı qarşılanmayıb. Görüntülərdə Minaj əlində "sehrli çubuq"la əlil arabasında olan birinə "mən sənə əmr edirəm, get" deyərək gülür.

İzləyicilər bunu artıq hərəkət adlandıraraq Nikini sərt tənqid və təhqir ediblər. Müğənni isə əlil arabasında olanın əslində əlil deyil, onun dostu olduğunu deyib. Eyni zamanda ifaçının geyimi də bəzi istifadəçilər tərəfindən ikrahla qarşılanıb.


Müəllif: