3 İyun 2014 17:12

Əməkdar artist Eyyub Yaqubov iyunun 12-də solo konsert verəcək.

Teleqraf.com-un məlumatına əsasən, sənətçi böyük konsert zalını deyil, “Nar-Şərab” istirahət məkanında çıxış edəcək.

Açıq havada baş tutacaq konsertdə sənətçi canlı ansamblın müşayiəti ilə repertuarında yer alan bir sıra sevilən mahnılarını oxuyacaq.

“Bakım mənim” adlı konsertin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırov olacaq.

Saat 21.00-da başlanacaq konsertin biletləri 70- 100 manat arasında dəyişəcək.

Əməkdar artist onu dinləməyə gələnlərin konsertdən məmnun qalacaqlarına əmindir.

Aytən Həsənova


Müəllif:
Загрузка...