4 Noyabr 2015 16:55
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-də “Victoria’s Secret” 20 illik yubileyi ilə əlaqədar Nyu-Yorkda yeni kolleksiyasını təqdim edəcək.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yubiley münasibətilə "Victoria's Secret" brilyant, sapfir, topazami və çəhrayı kvars kimi qiymətli daşlarla bəzədilən qızıl büstqalter hazırlayıb. Onun dəyəri iki milyon dollardır. Qiymətli alt paltarını "Mouawad" zərgər şirkəti hazırlayıb. Bu qiymətli əşyanı ABŞ-dan olan maneken Lilli Oldridc təqdim edəcək.

Qeyd edək ki, bu il "Victoria's Secret" markasının yeni kolleksiyasını Lili Aldric, Alessandra Ambrosio, Adriana Lima, Behati Prinslu, Kendis Sveynpol, Katya Qriqoryeva, Teylor Hill, Elza Hosk, Marta Hant, Monika Yaqaçak kimi modellər təqdim edəcək. Gecənin qonaqları Rihanna, Selena Qomez və "The Weekend" olacaq.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: