4 Noyabr 2015 23:52
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə yaşayan əczaçı xanım, 28 yaşlı Emi Vedi yeni qazanc mənbəyi tapıb.

Gənc xanım kişiləri tovlamaqla məşğul olmağa qərar verib. Yəni, Emi Vedi ərini yoxlamaq istəyən xanımlarla iş birliyi edəcək. Əgər kim öz yoldaşının sadiqliyini yoxlamaq istəyirsə, o zaman Emi Vedi ilə əlaqə yaradır. Onlar ərlərinin şorgöz olmalarını yoxlamaq üçün Emi Vediyə pul verirlər. Gözəl xanım da, qeyd edilən kişini başdan çıxarır.

"Mən yeni işimi çox sevirəm. Kişilərin sədaqətli olmadığını ortaya çıxartmaq mənə xüsusi zövq verir. Lakin danışdığım bəzi kişilər elə iyrənc və axmaq hərəkətlər edirlər ki, adamın ürəyi bulanır”, - deyə Emi Vedi bildirib.


Müəllif: