5 Noyabr 2015 16:17
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur cütlüyü - aktrisa Fəxriyyə Evcən ilə aktyor Burak Özçivitin küçənin ortasında dava etməsi hər kəsi təəccübləndirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, cütlük küçədə gəzərkən, yüksək səslə dalaşmağa başlayıb. Burak Fəxriyyəni tez tələsik avtomobilə mindirib. Cütlük maşında da mübahisə edib. Evcən çevrədəkilərin təəccüblü baxışlarına fikir verməyərək avtomobildən enib. Daha sonra taksiyə minərək ordan uzaqlaşıb.

Daha əvvəl də sevgilisinin Neslihan Atagül və Burak Özçivitin "Qara sevda" filmindəki romantik anları Fəxriyyə Evcəni əsəbləşdirmişdi.

Rüstəm


Müəllif: