6 Noyabr 2015 21:18
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur aktrisa Ember Herd yeni fotosessiyaya çəkilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı aktrisa bu dəfə "C Magazine" dərgisinin kamerası qarşısına keçib. Cazibədar aktrisa jurnalın noyabr sayı üçün "Dior", "Saint Laurent" və "Dolce & Gabanna" brendlərinin libaslarında pozalar verib.

Aktrisa həmkarı Cennifer Laourensə də dəskət olduğunu bildirib. O, Hollivudun kişilər və qadınlar arasında fərq qoyduğunu deyib.

"Özüm kino çəkəndə qadınlara kişilər qədər pul ödəyəcəm"

"Conni Depp bu vəziyyətə təsir edə bilərmi" sualına aktrisa belə cavab verib:

"Hə, düşünürəm ki, onun kimi insanlar vəziyyəti dəyişə bilərlər. Mən istəyərdim ki, o və mən bu hala təsir edə bilək."

Aktrisa 1968-ci il modeli olan "Ford Mustang"dan da danışıb:

"Retro maşınları-əsas maraq sahəmdi. Onlarla asan deyil, amma onların xarakteri var...Avtomobilimlə bizim çətin olur, amma sevimlimi satmayacam"

Teleqraf.com aktrisanın fotolarını təqdim edir:

Rüstəm


Müəllif: