8 Noyabr 2015 18:21
501

Türkiyəli aktrisa Pınar Altuğ həyat yoldaşı Yağmur Atacanla boşanacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Aktrisa bu haqda sosial şəbəkədə yazıb:

"Bir baxırıq "Boşanırlar" deyirlər, bir baxırıq "Ən xoşbəxt cütlüklər" siyahısına salıblar. Nə istəyirlər yazsınlar, amma bir qərar versinlər. Biz də nə edəcəyimizi bilək".

Qeyd edək ki, Pınar və Yağmur 2008-ci ildə ailə qurub. Cütlüyün Su adlı bir qızı var./Axşam.az/


Müəllif: