8 Noyabr 2015 22:18
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rol aldığı ekran işləri ilə təkcə Türkiyədə yox, dünyada da tanınan aktrisa Tuba Büyüküstün Vatikanda mükafata layiq görülüb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Tubaya "Ən yaxşı aktrisa" mükafatı verilib. Yeni filmində baş rolda oynayacağı Ferzan Özpetekin rejissorluq etdiyi "La Traviataö" operasını izləmək üçün İtaliyaya yollanan Büyüküstün katoliklərin mərkəzi Vatikandakı mükafatlandırma mərasiminə qatılıb.

Bundan sonra Hollivud filmində rol alıb-almayacağı ilə bağlı sualları cavablandıran aktrisa "Həyatda hər şey mümkündür. Bir aktrisa olacağımı da düşünmürdüm" deyib.


Müəllif: