9 Noyabr 2015 12:03
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyev dünyasını dəyişməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, aktyor "Onlar"a açıqlamasında səhhətinə görə xəstəxanaya getdiyi üçün bu cür şayiələrin yayıldığını bildirib: "Yaxın günlərdə təzyiqim qalxdığına görə xəstəxanaya getmişdim. Sistem qoydurduğuma görə uzanmışdım. Və bir nəfər məni xəstəxanada görmüşdü. Kimisə xəstə görəndə ona yaxınlaşıb hal-əhvalını soruşuruq. Amma o tez gedib şayiə yayıb. Allah heç kimə xəstəlik göstərməsin. Əvvəl də ölümüm haqqımda şayiə yaymışdılar".

Rəqsanə


Müəllif: