10 Noyabr 2015 01:23
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli sənətçi Ferman Toprak və Hilal Toprak qala gecəyə qatılıb.

Axşam.az-ın "acunn.com"a istinadən xəbərinə görə, gecənin qonaqları arasında Semra Özal da olub.

Özal məşhur müğənniyə "Həyat yoldaşımın ən gözəl təsbehlərindən biri övladıma layiqdir. Bu təsbehi əlinizdə tutduqca bizi xatırlayın" deyərək, Turqut Özala aid olan təsbehi ona hədiyyə edib.

Bu jest qarşısında duyğulanan Toprak "Rəhmətli Turqut Özalın ən özəl təsbehlərindən birini gözəl sözləriylə mənə hədiyyə edib, sevindirən Semra anaya təşəkkür edirəm" cavabını verib.


Müəllif: