10 Noyabr 2015 11:52
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevda Yəhyayevaya italiyalı rejissor Danielle Lukettedən film təklifi gəlib.

Teleqraf.com xəbər verir ki, rejissor müğənniyə büdcəsi iki milyon dollar olan filmə çəkilməyə dəvət edib. Melodram janrında olan ekran işinin çəkilişləri isə İtalyada və başqa Avropa ölkələrində baş tutmalıymış.

Müğənni külli miqdarda qonorar təklif edən rejissorun təklifini qəbul etməyib. Buna səbəb ssenaridə müğənninin razılaşmadığı səhnələrin yer alması olub. Bu haqda müğənninin prodüseri Pərviz Əsgərov bunları deyib: "Möhtəşəm bir film olmalı idi. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik. Yüksək miqdarda qonorar təklif edildi. Lakin filmdə olan bəzi səhnələri xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik".

Rəqsanə


Müəllif: