10 Noyabr 2015 14:08
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış "Playboy" aktrisası Pamela Anderson ömrünün son 13 ilini Hepatit C ilə mübarizə apardığını açıqlayıb.


BAKU.WS məlumat verir ki, aktrisa 13 ildir mübarizə apardığı bu xəstəlikdən xilas olduğunu deyib:

"Artıq xəstəlikdən təmiz xilas olmuşam. Bu haqda yenicə öyrəndim. Ümid edirəm ki, Hepatit C-dən əziyyət çəkən hamı bu dəhşətli xəstəlikdən xilas olsun”.

Anderson xəstəliyə 2002-ci ildə yoluxduğunu, virusun ona bir vaxtlar eşq yaşadığı Tommi Lidən keçdiyini etiraf edib. Belə ki, tatu etdirən zaman hər iki məşhura eyni iynədən istifadə olunub.


Müəllif: