10 Noyabr 2015 17:23
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Aygün Kazımovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib və onun şikayəti təmin edilməyib.

Bu barədə Teleqraf.com-a Natavan Həbinin vəkili Fərid Həsənov məlumat verib: “Apellyasiya Məhkəməsinə Aygün Kazımova şikayət edib ki, onun barəsində Nəsimi rayon Məhkəməsi xaricə çıxmasına qoyulan qərar ləğv edilsin. Apellyasiya Məhkəməsi onun şikayətini qəbul etməyib. Çünki, məhkəmə əsasında qəbul edilmiş qətnamə hamı üçün eynidir. Nə qədər ki, Nəsimi Rayon Məhkəməsi Natavan Həbibidən üzr istəməklə yanaşı qətnaməsi icra edilməyib, Aygün Kazımovanın ölkədən çıxmaq məhdudiyyəti götürülməyəcək. Apellyasiya Məhkəməsində məhkəmənin qərarı icra edilmədiyinə görə onun ölkədən çıxmaq məhdudiyyəti qüvvədə qalır. Apellyasiya Məhkəməsinin qərarı 10 gün müddətində bitir. Aygün xanımın hüququ da var ki, Ali Məhkəməyə şikayət etsin. Əgər şikayət etməsə qərar 10 gündən sonra qüvvəyə minəcək. Və rəsmi olaraq qətnaməni icra etmədiyinə görə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində ölkədən çıxışına “stop” qoyulacaq və tərk edə bilməyəcək”.

Natəvan Həbibi A.Kazımovaya qarşı iddia ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. N.Həbibi iddia ərizəsində A.Kazımova tərəfindən şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib. Bunun üçün A.Kazımovanın N.Həbibidən üzr istəməsi tələb olunub. Məhkəmənin qətnaməsinə görə, xalq artisti Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Rəqsanə


Müəllif: