11 Noyabr 2015 12:11
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Aytac Vidadiqızı Səlami Şahinin repertuarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, müğənni türkiyəli həmkarının retro mahnısı olan “Seninle başım dertte” adlı mahnısına müraciət edib. Müğənni ifa edəcəyi mahnının halallığını almaq üçün Bakıdan Türkiyəyə gedib:

“Mahnının icazəsini almaq üçün Səlami Şahin ilə görüşdük. Düzü, mahnının haqqını ödəyib almaq üçün onunla görüşdüm. Bilirəm ki, Türkiyədə bu işlər müəllif hüquqları tərəfindən ciddi şəkildə qorunur. Səsimi eşitdikdən sonra mahnını mənə hədiyyə etdi. Halallıq da verdi. Üstəlik mənə yeni bəstə bağışlayacağını da bildirdi. Söhbət zamanı Səlami Şahinə atamın onun repertuarından ifa etdiyi mahnını dinlətdim. Atamı tanıdığını və ifasını çox bəyəndiyini söylədi”.

İfaçı onu da bildirib ki, gələn il Səlami Şahin ilə duet oxuyacaq: “Mahnını hazır etdikdən sonra ilk olaraq Səlami Şahinə dinlətdim. İfamdan təsirləndi. Mənə duet ifa etməyi təklif etdi. O cür sənətkardan bu təklif məni şoka saldı. Sevincimin həddi-hüdudu yox idi. Duetimiz gələn il işıq üzü görməlidir”.
“Seninle başım dertte” mahnısının sözləri və musiqisi Səlami Şahinə aiddir.

Rəqsanə


Müəllif: